Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.09.2015

Milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində tədbirlər davam etdirilir

Sentyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsin dəstəyi ilə Astara rayonu Sığaloni kənd məscidi dini icmasının “Gənclər arasında ənənəvi dindarlığın təbliği və dini radikalizmə qarşı mübarizə” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. 
Siyəkü kənd məscidində baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, ekspert qismində DQİDK-nın Dini qurumlarla iş üzrə şöbənin baş məsləhətçisi Vüqar Hümmətov, Sığaloni kənd məscidinin imamı Rəhman Muradov, Siyəkü kənd məscidi dini icmasının sədri və imamı Səttar Həbibov, ilahiyyatçı Fikrət Əliyev və dindarlar, kənd sakinləri, eləcə də gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.O bildirib ki, Azərbaycanda tarixən dindarlar əqidəsindən asılı olmayaraq sülhün tərənnümçüsü olub, daim tolerantlıq ənənələrini yaşadıb və müasir dövrdə də milli-mənəvi dəyərlərimizin tərkibi kimi bu ənənələri davam etdirirlər.
Tədbirdə dinlərin əsasını təşkil edən sülh və ədalət prinsiplərinin insanlar arasında təbliğindən, eyni zamanda dinin terror və hər cür zorakılıq təzahürlərindən uzaq olması barəsində maarifləndirmə işində dindarların verə biləcəyi tövhələrdən geniş söhbət açılıb. Rəhman Muradov "Ənənəvi İslam dəyərləri", Səttar Həbibov "İslam sülh dinidir", Vüqar Hümmətov "Radikal dini cərəyanlara qarşı gənclərimizin maarifləndirilməsi", eləcə də digər natiqlər layihə və "Sülh aylığı" ilə əlaqədar mövzular üzrə məruzələrlə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıblar.
Tədbirin sonunda dindarlar və kənd sakinləri tərəfindən verilən suallar cavablandırılıb.
                                               ****
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Sentyabrın 2-də Astara rayonu Pensər kəndi "Hacı Teymur Cümə" məscidi dini icmasının “Dini dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi” layihəsi çərçivəsində tədbir keçirilib.
Çayoba kəndində keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, ekspert qismində DQİDK-nın Dini maarifləndirmə sektorunun baş məsləhətçisi Anar Əliyev, Pensər kəndi "Hacı Teymur Cümə" məscidi dini icmasının sədri Fariz Veysəlov, Pensər kənd orta məktəbinin direktoru Asif Əsədullayev, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov və dindarlar, kənd sakinləri, o cümlədən gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov keçirilən layihənin əhəmiyyətindən danışıb. O, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımı ayırmasını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Tədbirdə Fariz Veysəlov "Tolerantlıq nədir", Asif Əsədullayev "Azərbaycanın milli və mənəvi dəyərləri", Anar Əliyev "Dövlət və din münasibətləri", İlqar Həsənov "Müsəlmanlar arasında birliyin qorunması" mövzuları üzrə məruzələrlə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıblar.
                                                 ***
Sentyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Astara rayonu Şüvi kəndi "Cümə" məscidi dini icmasının həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin təbliği və müasirlik” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, ekspert qismində DQİDK-nın Dini qurumlarla iş üzrə şöbənin baş məsləhətçisi Vüqar Hümmətov, ilahiyyatçı Aftandil Qurbanov, Astara rayonu Şüvi kənd orta məktəbinin ədəbiyyat müəllimi Kamal Babayev, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov və dindarlar, kənd sakinləri, eləcə də gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qağayı Məmmədov keçirilən layihənin əhəmiyyətindən danışıb. Tədbirdə Aftandil Qurbanov "İslam dinində əxlaq", Vüqar Hümmətov "Dini radikalizmin yaranma səbəbləri", Kamal Babayev "Milli-mənəvi dəyərlərimizin qorunması", İlqar Həsənov "Gənclərin dini radikal təsirlərdən uzaq tutulması" mövzuları üzrə məruzələrlə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıblar.
Tədbirin sonunda dindarlar və kənd sakinləri tərəfindən verilən suallar cavablandırılıb.