Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.02.2017

“Milli-mənəvi dəyərlərimiz və radikalizmə qarşı mübarizə” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Fevralın 15-də Abşeron rayonu Saray qəsəbəsi “Cümə” məscidi dini icması tərəfindən “Milli-mənəvi dəyərlərimiz və radikalizmə qarşı mübarizə” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahlar Məmmədov, Abşeron rayonu Saray qəsəbəsi “Cümə” məscidi dini icmasının sədri Qalib Tahirov, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Qalib Tahirov bu tədbirin  layihə çərçivəsində sonuncu tədbir olduğunu diqqətə çatdırıb. Layihənin  çox mühüm mövzuya həsr olunduğunu,  keçirilən tədbirlərin qəsəbə dindarlarının maarifləndirilməsində səmərəli olacağına ümidvar olduğunu vurğulayıb.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı  Şahlar Məmmədov müasir dünyada dinin bir alət kimi istifadə edildiyini bildirib. Qeyd edib ki, dindarların əsas vəzifələrindən biri dinin saflığının qorunub saxlanılması və xalqımızın milli-dini dəyərlərinin təbliği işində yaxından iştirak etməkdir.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı öz fikirlərini bildiriblər.