Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.03.2017

“Milli-mənəvi dəyərlərimiz və İslam” mövzusu müzakirə olunub

Martın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 168 saylı tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimiz və İslam” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov və şöbənin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev, Pirallahı qəsəbə məscidi dini icmasının sədri Elçin Baxşıyev, hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov açaraq mövzunun əhəmiyyətindən danışıb.
Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev çıxışında qeyd edib ki, İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biridir.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin böyük məsləhətçisi Aslan Sultanov xalqımızın milli-mənəvi dəyərlərə hər zaman yüksək dəyər verdiyini bildirib. Natiq həmçinin milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini önə çəkərək, bu sahədə gənclərə tövsiyələrin verilməsinin önəmli olduğunu vurğulayıb.
Pirallahı qəsəbə məscidi dini icmasının sədri Elçin Baxşıyev çıxış edərək bildirib ki, İslam dini uzun tarixi dövr ərzində cəmiyyətimizin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz tərkib hissəsi olub.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və belə tədbirlərin rayonun digər tədris müəssisələrində də keçirilməsi qərara alınıb.