Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.07.2017

“Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda tədbir keçirilib

İyulun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Abşeron rayonu Digah qəsəbə məscidi dini icması tərəfindən “Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Orxan Axundov, Şahlar Məmmədov, dini icmanın sədri Rza Salmanov, dindarlar, qəsəbə sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məscidin axundu və  icma sədri  R. Salmanov dini maarifləndirmə sahəsində keçirilən layihələrin önəminə diqqət çəkib. Dövlət Komitəsi tərəfindən mütəmadi aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayan icma sədri, dövlətin icmalara göstərdiyi qayğıdan danışıb.
Daha sonra DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Axundov tədbirin mövzusunun heç də təsadüfi seçilmədiyini bildirib. Bu gün respublikamızda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı, eləcə də gənclər siyasəti sahəsində görülən işlərin bir-biri ilə koordinasiyalı şəkildə aparıldığını söyləyən natiq, bu sahədə görülən işlərdən ətraflı danışıb.
Sonda tədbir iştirakçıları ilə müzakirələr aparılıb və mövzu ətrafında verilən suallar cavablandırılıb.