02.12.2015
Milli-mənəvi dəyərlərimiz: Tarix, varislik və müasirlik» mövzusunda gənclərlə görüş keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə imzaladığı tədbirlər planına əsasən Sabunçu rayonunda yerləşən Bakı şəhər Sənaye və Pedaqoji Kollecində «Milli-mənəvi dəyərlərimiz: Tarix, varislik və müasirlik» mövzusunda gənclərlə görüş keçirilib.
Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə, baş məsləhətçi Mahir Qəniyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Sabunçu Rayon İcra Hakimiyyətinin rəsmisi Məhəmməd Əsədov, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Bakı şəhər Sənaye və Pedaqoji Kollecinin direktoru Vidadi Orucov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bakı şəhər Sənaye və Pedaqoji Kollecinin direktoru Vidadi Orucov mövzunun zəruriliyindən danışaraq, bu cür görüşlərin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının qorunması və təbliği baxımından yüksək əhəmiyyətə malik olduğunu bildirib.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə və həmin şöbənin baş məsləhətçisi Mahir Qəniyev “Milli-mənəvi dəyərlərimiz: varislik və müasirlik” mövzusunda məruzə ilə çıxış ediblər. Çıxışlarında radikal dini qruplaşmalar, onların dövlətçiliyə verə biləcəyi ziyan barədə, Şərq ölkələrində radikal tendensiyaların ölkəmizin dini durumuna təsir imkanları, həmçinin, milli kimliyin formalaşmasında milli- mənəvi dəyərlərin rolu barədə məlumat veriblər.
Daha sonra gənclərin mövzu ilə əlaqədar sualları cavablandırılıb.


.jpg)