24.10.2017
“Milli kimlik və dəyərlərimiz” adlı tədbir təşkil olunub
Oktyabrın 24-də Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu Yuxarı Tala kənd 2 saylı tam orta məktəbində “Milli kimlik və dəyərlərimiz” adlı tədbir təşkil olunub.
Yuxarı sinif şagirdləri və müəllimlərin iştirak etdiyi tədbiri giriş sözü ilə məktəbin direktoru Nailə Qəhrəmanova açaraq məktəblilərin milli kimliyimizi və dəyərlərimizi dərindən bilmələrinin vacibliyindən danışıb.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev azərbaycançılıq məfkurəsi və milli kimliyimiz mövzusunda geniş məruzə edib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov milli kimliyi formalaşdıran düşüncə və həyat tərzi, dil, din, adət-ənənə və dəyərlər barədə danışıb, dinin milli kimlikdəki yeri barədə məlumat verib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov milli kimliyi formalaşdıran düşüncə və həyat tərzi, dil, din, adət-ənənə və dəyərlər barədə danışıb, dinin milli kimlikdəki yeri barədə məlumat verib.
Zaqatala rayon prokurorunun köməkçisi Toğrul Hüseynzadə milli kimlik və dəyərlərimiz mövzusuna hüquqi müstəvidə yanaşıb, bu mövzulara hüquqi cəhətdən izahlar verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala Regional şöbəsinin müdiri Cövhərət İbrahimova ailə dəyərlərindən bəhs edib.
Sonda məktəblilərin sualları cavablandırılıb.
.jpg)
.jpg)
