Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.03.2021

“Milli dövlətçiliyin möhkəmlənməsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda vebinar təşkil olunub

Martın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Milli dövlətçiliyin möhkəmlənməsində milli-mənəvi dəyərlərin rolu” adlı vebinar təşkil olunub. 

Vebinarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, şöbənin əməkdaşları və rayon icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev vebinarda geniş çıxış edərək Azərbaycan dövlətinin, onun rəhbəri cənab İlham Əliyevin milli dövlətçiliyimizin möhkəmləndirilməsi sahəsində həyata keçirdiyi siyasət, atılan addımlar və qarşıya qoyulan pioritet məsələlərdən bəhs edib. 

Digər çıxış edənlər də milli dövlətçiliyin, milli-mənəvi dəyərlərin təbliği ilə bağlı planlı şəkildə işlərin icra edildiyini, mövcud qaydalara uyğun şəkildə tədbirlərin təşkil edildiyini bildiriblər.