“Milli dövlətçiliyin möhkəmlənməsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda onlayn seminar keçirilib
İyulun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Salyan rayonunda “Milli dövlətçiliyin möhkəmlənməsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda onlayn seminar keçirilib.
Seminarda DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsi, Salyan rayon Gənclər və İdman idarəsi, eyni zamanda Heydər Əliyev Mərkəzinin əməkdaşları və fəal gənclər iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, hər bir xalqın varlığı və milli kimliyinin qorunması onun mənəvi dəyərlərinə münasibəti ilə sıx bağlıdır. Həmçinin çıxışlarda, dəyərlərimizin bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərdiyi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynadığı qeyd olunub.
Tədbirdə həmçinin Azərbaycan xalqının bir millət kimi formalaşmasında əsas amillərindən biri kimi zəngin mənəvi dəyərlər sisteminə malik olması diqqətə çatdırılıb. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası həyat tərzində, maddi və mənəvi mədəniyyətimizin bütün sahələrində istiqamətləndirici məfkurəmizdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
