Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.09.2018

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkil etdiyi Yay məktəbi başa çatıb

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərdən ibarət könüllüləri üçün Qax rayonunda avqustun 29-da başlamış üçgünlük Yay Məktəbi avqustun 31-i başa çatıb. Yay Məktəbinin son günü “Müasir Azərbaycan gəncləri və mütərəqqi əxlaq modeli” adlı seminar təşkil olunub. Seminarda Xəzər Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqubov çıxış edib və gənclərin çoxsaylı suallarını cavablandırıb.
Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxış edib. M.İsmaylov çıxışında Mənəvi Dəyərlərin Təbliği Fodunun yaradılmasının Prezident İlham Əliyevin xalqımızın milli-mənəvi dəyərlərinə göstərdiyi qayğının bariz nümunəsi olduğunu qeyd edib. İcraçı direktor gələcəkdə də bu cür tədbirlərin keçiriləcəyini bildirib.
Fondun könüllüləri keçirilən Yay Məktəbinə görə Fond rəhbərliyinə təşəkkürünü bildirib, bu cür tədbirlərin davamlı olmasını arzulayıblar.
Daha sonra Yay Məktəbi iştirakçıları Qax rayonunda yerləşən tarixi abidələri ziyarət edib və rayonun görməli yerləri ilə tanış olublar.