“Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunda videokonfrans keçirilib
Avqustun 6-da Neftçala rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunda videokonfrans keçirilib.
Videokonfransa DQİDK-nın Şirvan bölgəsi şöbəsinin əməkdaşları Məmmədov Sadiq və Şərifli Alpay, Neftçala rayonunun fəal gənclərindən olan Məmmədova Zəkiyyə, Neftçala rayonu Heydər Əliyev Mərkəzinin əməkdaşları Mustafayeva Anarə, Əsgərli Nüşabə, müəllimlər və ictimaiyyət nümayəndələri qatılıblar.
Çıxışlar zamanı qeyd edilib ki, xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq mənəvi dəyərlər sisteminə malikdir. Dünya xalqları arasında özünəməxsus dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə xüsusi yer tutur. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilib. Müasir dövrdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan beynəlxalq müstəvidə multikultural və tolerant dəyərlərə həssas münasibət baxımından dünya xalqlarına nümunə olaraq təqdim edilir. Bu mövzuda təşkil edilən mütəmadi beynəlxalq toplantılar, konfranslar, tədbirlər buna sübutdur.
Sonda iştirakçılar mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
