Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.05.2017

“Məktəblilərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsi” mövzusu Zaqatalada müzakirə edilib

Mayın 16-da Zaqatala RİH, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsi və hüquq-mühafizə orqanlarının birgə təşkilatçılığı ilə rayonun Yuxarı Çardaxlar kənd tam orta məktəbində “İslam Həmrəyliyi İli” çərçivəsində “Məktəblilərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsi” mövzusunda tədbir təşkil olunub.
Məktəbin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi Ramin Qarayev tədbirin mahiyyəti barədə məlumat verib.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev gənclərin vətənpərvər ruhda yetişməsinin vacibliyindən danışıb, bu sahədə təhsilin rolundan bəhs edib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə çıxışında milli-mənəvi dəyərlərin təbliğinin vacibliyini vurğulayıb,  bu dəyərlərin qorunaraq gələcək nəsillərə çatdırmağın ən aktual məsələ olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. O, radikal dini cərəyanların vətənpərvərlik ruhuna zidd prinsiplərindən və fəaliyyətlərindən danışıb.
Zaqatala rayon Prokurorunun müavini Qəhrəman Əsgərov çıxışında vətənpərvərlik anlayışının dəyərindən söhbət açıb, milli-mənəvi dəyərlərə sahib çıxmağın zəruriliyini vurğulayıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.