28.10.2017
Məktəblilərə “Şəhadət” sənədli filmi təqdim olunub
Oktyabrın 27-də Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Binəqədi rayonu 276 saylı orta məktəbdə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
Tədbirdə Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, müdir müavini - dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Fidan Aslanova, məktəbin direktoru Bəhram Şiriyev, məktəb müəllimləri və şagirdlər iştirak ediblər.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Samir Yoldaşov çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin sağlam təməllər üzərində formalaşaraq dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etdiyini, müqəddəs dinimiz İslamın xalqımızı birləşdirən, həmrəy edən, dövlətimizin möhkəmlənməsinə və yüksəlməsinə xidmət edən ali dəyər olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov dini maarifləndirmə tədbirlərinin önəm və əhəmiyyətini xüsusi vurğulayaraq bu sahədə görülən işlərdən və həyata keçirilən layihələrdən söz açıb.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub.