Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.05.2021

“Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusu müzakirə olunub

Mayın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin  təşkilatçlığı ilə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizəmövzusunda videokonfrans keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, Saatlı Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aida İbrahimova, Rayon Təhsil şöbəsinin müdiri Günay Sultanova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov,  Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Aqşin Məmmədov, Rayon Peşə liseyinin müəlim və şagirdləri,  orta məktəb direktorları, direktor müavinləri  və gənclər iştirak ediblər.

Çıxışlarda ölkəmizdə məişət zorakılığına qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən  və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunu və onun işləmə mexanizmi barədə geniş məlumat verilib. Bildirilib ki, bu gün dünyanın ən mühüm problemlərindən biri olan məişət zorakılığının qarşısının alınması üçün qanunvericilik və dövlət dəstəyi ilə yanaşı, cəmiyyət özü, xüsusilə vətəndaş cəmiyyəti zorakılıq hallarına adekvat reaksiya verməlidir.  

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.