İyunun 6-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva paytaxtın Xəzər rayonunun Binə qəsəbəsindəki İmam Rza məscidində yenidənqurmadan sonrakı vəziyyətlə tanış oldu.
Məscidin axundu hacı Həsən Mehriban xanım Əliyevaya "Qurani-Kərim" hədiyyə etdi.
Heydər Əliyev Fondunun prezidenti Binə sakinləri ilə söhbət etdi. Sakinlər qəsəbədə görülən işlər, həyata keçirilən layihələrə görə Heydər Əliyev Fondunun prezidentinə minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, məscid Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilib.