Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.12.2016

Masazırda “Fitnə” sənədli filmi nümayiş edilib

Dekabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin təşəbbüsü ilə Abşeron rayonu Masazır kənd 3 saylı tam orta məktəbində “Fitnə” sənədli filminin nümayişi olub.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları İsmayıl Cəfərov və Şahlar Məmmədov, məktəbin direktor və müəllimləri, yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə məktəbin direktoru İlahə Orucova açaraq bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib. O, Yaxın Şərqdə cərəyan edən hadisələrin fonunda  ölkədəki əmin-amanlığı, dövlətin bu istiqamətdə apardığı siyasəti iştirakçıların diqqətinə çatdıraraq bildirib ki, bu işdə hamı bir nəfər kimi öz mübarizliyini göstərməlidir.
Daha sonra mövzunu DQİDK-nın əməkdaşı İsmayıl Cəfərov davam etdirib. O, bildirib ki, dini mövzularda bilik kasadlığı hər bir cəmiyyət üçün təhlükə yaradır. Dövlət Komitəsinin məqsədyönlü şəkildə apardığı maarifləndirmə tədbirləri nəticəsində belə bir təhlükə ölkəmizdə ən aşağı səviyyəyə endirilib. Amma buna baxmayaraq gənclər zərərli dini cərəyanlara qarşı ayıq-sayıq olmalıdır və gənclik potensiallarını düzgün istiqamətə yönəltməlidirlər.
Sonda film ətrafında müzakirələr aparılıb.