13.09.2017
Masallıda “Yurdda sülh, cahanda sülh” mövzusunda tədbir keçirilib
Sentyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin və Masallı Regional Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Yurdda sülh, cahanda sülh” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, Masallı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Əlhəddin Nəzərov, kitabxananın əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Əlhəddin Nəzərov qeyd edib ki, 21 sentyabr bütün dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur. Ənənəvi olaraq Respublikamızda hər il 21 avqust-21 sentyabr tarixləri arasında “Sülh aylığı” elan edilir və kütləvi maarifləndirmə tədbirləri keçirilir.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov bildirib ki, insan hüquqları, sülh və dözümlülük mədəniyyətinin təbliği, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi, onların hüquqi düşüncə və mədəniyyətinin günün tələbləri səviyyəsində inkişaf etdirilməsi demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən ən mühüm amillərdəndir.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları Aidə Niftiyeva, Arif İbrahimov və başqaları çıxışlarında xalqımızın sülhsevər xalq olduğunu və islami dəyərlərə həmişə sülh çərçivəsində yanaşdığını vurğulayıblar.
.jpg)