Masallıda “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda onlayn tədbir keçirilib
Aprelin 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Rəhim Tağıyev adına Masallı Rayon Tarix Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşları, muzeyin direktoru Əntiqə Tağıyeva, müəllimlər və başqaları iştirak ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycanda gənclərin və uşaqların milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin aşılanması istiqamətində addımlar atılır, müvafiq sənədlər, dövlət proqramları qəbul edilir. O da bildirilib ki, qanunvericilik aktlarının təkmilləşdirilməsi, bu istiqamətdə layihələrin həyata keçirilməsi gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına öz müsbət təsirini göstərir. Qeyd olunub ki, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

