15.11.2016
Masallıda “Tolerantlıq məkanı: Azərbaycan” mövzusunda seminar-treninq keçirilib
Noyabrın 15-də Masallı şəhəri “Axund Məmmədqulu” məscidində “Tolerantlıq məkanı: Azərbaycan” mövzusunda seminar-treninq keçirilib.Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icma üzvləri, ziyalılar, din xadimləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov qeyd edib ki, Azərbaycan bu gün tolerantlıq ənənələrinin, eləcə də tarixi-dini abidələrin bərpasına və qorunmasına görə regionun lider dövlətidir.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırovun “Tolerantlıq məkanı: Azərbaycan” adlı məruzəsi dinlənilib.O bildirib ki, Azərbaycan tarixən dinlərin və mədəniyyətlərin qovşağı olub, dini və etnik müxtəliflik zamanla ölkəmizin ən böyük zənginliyinə çevrilib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə üzrə qazısı Mirqiyas Təhməzov, Digah kənd tam orta məktəbin müəllimi Qəni Qəniyev, Müharibə, Silahlı Qüvvələr və Əmək Veteranları Şurasının Masallı rayon təşkilatının sədri Məmmədağa Şiriyev, Masallı rayonu Hacıtəpə kənd məscidi dini icmasının sədri Nəcəfqulu Quliyev və başqaları çıxış edərək, dini sahəyə və dindarlara göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
(70).jpg)
.jpg)
(54).jpg)