31.07.2017
Masallıda seminar-müşavirə keçirilib
İyulun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi radikalizmə və ekstremizmə qarşıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Masallı rayon komitəsinin sədri Səfail Eyvazov, Masallı RİH başçısının Bədalan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Loğman Şahbazov və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova bildirib ki, müasir Azərbaycanda mükəmməl dövlət-din münasibətləri sisteminin formalaşması müstəqil dövlətimizin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. O, eləcə də İslam həmrəyliyinin müsəlman dünyası üçün əhəmiyyətindən danışıb.
“İslam həmrəyliyi radikalizmə və ekstremizmə qarşıdır” mövzusunda məruzə ilə çıxış edən edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi zamanın çağırışlarına cavab verən, müsəlman dövlətləri arasında iqtisadi, siyasi, mədəni sahələrdə əməkdaşlığın inkişafına dəstək verən düşünülmüş təşəbbüsdür. O bildirib ki, İslam həmrəyliyi birlik və bərabərliyimizin ən ali tərənnümüdür və dinimiz radikalizm və ekstremizmə qarşıdır.
Tədbirdə Masallı Rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov, ATİAHİ-nin Masallı rayon komitəsinin sədri Səfail Eyvazov, Masallı RİH başçısının Bədalan inizibati ərazi dairəsi üzrə nümayəndəsi Loğman Şahbazov və başqaları çıxış ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.