Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.06.2016

Masallıda Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilib

İyunun 6-da Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin Masallı bölgəsi üzrə  şöbəsinin və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilib. Görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı  Rafil Hüseynov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov, RİH başçısının müavinləri və əməkdaşları, dini icmaların sədrləri, din xadimləri, ziyalılar, yerli icra və bələdiyyə orqanları, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də fəal ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Ramazan ayının başlanması münasibətilə görüş iştirakçılarını təbrik edib və qarşıda duran vəzifələrdən danışıb. İcra başçısı ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən söhbət açaraq bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda ölkə Prezidenti cənab İlham Əliyevin bu siyasəti davam etdirərək milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması üçün həyata keçirdiyi işləri diqqətə çatdırıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri  Miryəhya Bədirov məruzə edərək ölkəmizdə milli-mənəvi dəyərlərin təbliği və düzgün dini maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib. Natiq “Dini etiqad azadlığı haqqında” Qanunun icrasının bölgədəki vəziyyətindən danışaraq Ramazan ayında QMİ tərəfindən tövsiyə edilmiş namaz təqvimlərinə ciddi riayət edilməsi, dini-ayin və mərasimlərin yalnız məscidlərdə keçirilməsini tövsiyə edib. Məruzəçi Prezident İlham Əliyevin  dünyada Azərbaycandakı multikulturalizm ənənələrinin qorunub saxlanılması və geniş təbliğ olunması məqsədilə 2016-cı ili “Multikulturalizm ili” elan etməsini qeyd edərək son dövrlər rayonda bu sahədə görülən işlərdən danışıb.
Görüşdə çıxış edən QMİ-nin bölgə qazısısı Mirqiyas Təhməzov, Prezident təqaüdçüsü Şirvan Əbilov, Hacıtəpə kənd məscidi dini icmasının sədri Nəcəfqulu Quliyev, Hişkədərə kənd məscidi dini icmasının sədri Söhrab Ağayev, DTX-nın Masallı rayon şöbəsinin rəisi Fuad Əliyev çıxışlarında Ramazan ayının fəzilətindən bəhs edərək bu müqəddəs ayda  bütün tədbirlərin dinimizin və dövlətimizin qanunları çərçivəsində  keçirilməsi barədə fikirlərini səsləndiriblər.