Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.08.2017

Masallıda “Radikalizm və ekstremizmin fəsadlarının aradan qaldırılmasında multikultural dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Avqustun 18-də Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndərmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə vəsaiti hesabına Masallı rayonu Ağakişibəyli kəndi “Şeyx Həsən” məscidi dini icmasında “İslamda multikultural dəyərlər və tolerantlıq ənənələri” adlı layihə çərçivəsində “Radikalizm və ekstremizmin fəsadlarının aradan qaldırılmasında multikultural dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov, Ağakişibəyli kəndi “Şeyx Həsən” məscidi dini icmasının sədri Səyavuş Quliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə  DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov açaraq qeyd edib ki, Azərbaycanda millətlərarası, dinlərarası münasibətlərin sağlam zəmində qurulması və dövlətin siyasi, iqtisadi və sosial həyatında müsbət nəticələrlə müşaiyət olunması bu gün çox xarakterik, həmçinin, artıq dünyada da təsdiq və təqdir olunan bir göstəricidir. A.Səmədov daha sonra vurğulayıb ki, hər bir azərbaycanlı ölkəmizdə tarixən yaşayan bu adi insani birgəyaşayış normasını xalqımızın milli-mənəvi dəyərinin ayrılmaz hissəsi sayır, dövlətçilik ənənəmizdə multikulturalizmi yaşadır.
Ağakişibəyli kəndi “Şeyx Həsən” məscidi dini icmasının sədri  Səyavuş Quliyev və başqaları çıxışlarında bildiriblər ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir və gündəlik həyatımızda da hər kəs bu prinsip əsasında fəaliyyət göstərir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.