Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.10.2017

Masallıda “Radikalizim və ekstremizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu”mövzusunda tədbir keçirilib

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndərmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Masallı rayonu Kubin kənd  məscidi dini icması tərəfindən oktyabrın 19-da Eldar Xamiyev  adına Kubin kənd ümumi orta məktəbində “Radikalizim və ekstremizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin əhəmiyyəti” adlı layihə çərçivəsində “Radikalizim və ekstremizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Təhlil və Proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi Vüqar Əliyev, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və əməkdaşları Kamil Bağırov, Ayıq Səmədov, Eldar Xamiyev adına Kubin kənd ümumi orta məktəbin direktoru Şahismayıl Məmmədov, Kubin kənd məscidi dini icmasının sədri Əkbər Xamiyev, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Eldar Xamiyev adına Kubin kənd ümumi orta məktəbin direktoru Şahismayıl Məmmədov radikalizim və ekstremizmin bəlalarından söhbət açaraq gənclərin zərərli vərdişlərdən uzaq olmasında milli-mənəvi dəyərlərimizin rolunu xususi vurğulayıb. DQİDK-nın Təhlil və Proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi Vüqar Əliyev dünyada radikalizmin aktuallığını itirmədiyini deyib və onun psixoloji tərəfinə toxunaraq qeyd edib ki, radikal təfəkkürə maksimalizim, nihilizim, ifrata qaçma, bədbinlik, inkarçılıq, emosional tərəddüd xasdır. Bildirib ki, dini fanatizm və ekstremizm kimi təzahürlər vətəndaş cəmiyyətinin formalaşmasında fəsadlar törədir, hər bir Azərbaycan vətəndaşı bu kimi hallarla mübarizə üçün əlindən gələni əsirgəməməlidir.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və əməkdaşı Kamil Bağırov çıxışlarında milli-mənəvi dəyərlərimizin təbliğində müəllimlərin əməyindən söhbət açıblar.
Dini icma sədri Əkbər Xamiyev və başqaları mövzu haqqında fikirlərini bildiriblər.
Tədbirin sonunda iştirakçılara DQİDK-nın nəşr etdirdiyi dini təyinatlı kitablar və digər çap məhsulları paylanıb.