Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.10.2015

Masallıda qarşıdan gələn Aşura günü ilə bağlı tədbir keçirilib

Oktyabrın 20-də Masallı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Məhərrəmlik mərasimlərinin təşkili və qarşıdan gələn Aşura günü ilə bağlı tədbir keçirilib. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, dini icmaların rəhbərləri, ağsaqqallar, ziyalılar və təhsil işçiləri iştirak edblər.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bu görüşün ölkəmizdə həm dini sahədə həm də siyasi sahədə çox aktiv bir dövrə təsadüf etdiyindən danışaraq  bütün dindarları bu mərasimlər vaxtı diqqətli olmağa çağırıb.
Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mirqiyas Təhməzov Məhərrəmlik mərasimləri ilə bağlı dindarlara öz tövsiyyəsini verərək  oktyabrın 13-də Qafqaz Müsəlmanları İdarəsində keçirilən toplantıda qəbul edilən qərarlardan, Şeyxülislam Allahşükür Paşazadənin  dindarlara verdiyi tapşırıqlardan, həmçinin, Qazılar Şurasının fətvası və rayon üçün tərtib edilən azan vaxtlarının yerlərdəki tətbiqindən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxışında bölgədəki hazırkı dini durum barədə məlumat verərək bildirib ki, qarşıdan gələn Aşura mərasimləri vaxtı dindarları “Dini etiqad azadlığı haqqında” qanuna əməl etməyə çağırıb.
Tədbirdə həmçinin Masallı Rayon Polis Şöbəsinin rəisi Nəriman İmanov, Boradigah qəsəbə dini icmasının sədri İsfəndiyar Bəyverdiyev və Ərkivan qəsəbəsi Ağsaqqallar Şurasının sədri Şərafət Əzimov çıxış ediblər.