Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.10.2019

Masallıda "Narkomaniyaya qarşı mübarizədə din faktoru" mövzusu müzakirə olunub

Oktyabrın 3-də Masallı şəhəri Sakit Tağıyev adına 4 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis Şöbəsi (RPŞ) və Masallı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "Narkomaniyaya qarşı mübarizədə din faktoru" mövzusunda tədbir keçirilib.

Maarifləndirmə xarakteri daşıyan tədbirdə DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı RPŞ-nin rəisi, polis polkovniki Habil Əmiraslanov,  RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Yelmar Paşayev,  şəhər Polikilinika şöbəsinin müdiri Rasim Əliyev,  4 saylı tam orta məktəbin direktoru Namik Ağayev, ictimaiyyət nümayəndələri və şagirdlər iştirak ediblər.

Çıxışlarda zərərli vərdişlərlə və narkomaniya ilə mübarizədə milli-mənəvi dəyərlərin rolundan söhbət açılaraq, gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyəti qeyd edilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.