Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.08.2017

Masallıda “Milli-mənəvi dəyərlərimizin qorunub inkişaf etdirilməsində dövlət siyasəti” mövzusunda tədbir keçirilib

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə layihəsi maliyyələşdirilmiş Masallı rayonu Sığıncaq kənd  məscidi dini icmasında “Milli-mənəvi dəyərlərimizin qorunub inkişaf etdirilməsində dövlət siyasəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin  əməkdaşı Kamil Bağırov, Masallı RİH-in Təklə Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Teymur Yusubov, Sığıncaq kənd məscidi dini icmasının sədri Ramil Şahbazov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov dövlətimizin milli-mənəvi dəyərlərə böyük önəm verməsindən, müstəqillik dövründə dini dəyərlərin qorumasından və inkişaf etdirilməsindən danışıb. O, həmçinin dövlətimizin dilimizin, adət-ənənələrimizin, əqidəmizin, dini-mənəvi dəyərlərimizin qorunması istiqamətində gördüyü mütərəqqi işlərdən danışıb.
Masallı RİH-in nümayəndəsinin müavini Teymur Yusubov  çıxışında ölkəmizin islami dəyərlərə verdiyi yüksək qiymətdən və gənc nəslin milli-mənəvi ruhda tərbiyəsindən danışıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.