Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.02.2017

Masallıda “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda tədbir keçirilib

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə fevralın 7-də Masallı rayonu Çaxırlı kənd  məscidi dini icmasında “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Ayıq Səmədov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mirqiyas Təhməzov, Çaxırlı kənd məscidi dini icmasının sədri Oruc Qurbanov, dindarlar, gənclər, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə  DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov açaraq milli-mənəvi dəyərlərimizin qorunması sahəsində dövlətimizin apardığı məqsədyönlü tədbirlərdən və gəncliyə olan böyük qayğısından söhbət açıb. O bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, milli-mənəvi dəyərlərin təbliği istiqamətində tədbirlər həyata keçirilir.
QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov çıxışında İslam dininin milli-mənəvi dəyərlərə və adət-ənənələrə verdiyi qiymətdən danışıb, dövlətimizin dinə qayğısından, milli-mənəvi dəyərlərimizin təbliği işindən, tolerant və multikultural dəyərlərdən söhbət açıb.
Tədbirin sonunda iştirakçılara DQİDK-nın nəşr etdirdiyi kitabçalar və digər çap məhsulları təqdim edilib.