Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.05.2016

Masallıda “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər davam edir.
Mayın 27-də Yardımlı rayonu Yardımlı şəhər məscidi dini icması Yardımlı şəhər 2 saylı orta məktəbində “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” adlı layihə çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda dini maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Aqil Həsənli, Yardımlı rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Şəhriyar Şəbiyev,  Yardımlı şəhər məscidi dini icmasının sədri Asif Ağayev, 2 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri və müəlimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yardımlı şəhər məscidi dini icmasının sədri Asif Ağayev layihə barədə məlumat verərək bildirib ki, lahiyə çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənc nəsildə multikultural və tolerantlıq dəyərlərinin aşılanması, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılması, gənclərin  zərərli vərdişlərdən uzaqlaşdırılması haqqında düzgün təsəvvürlərin yaradılması, müasir və sağlam düşüncəli gənclərin formalaşdırılmasıdır.
Daha sonra Yardımlı rayon Gənclər və İdman idarəsininin baş məsləhətçisi Şəhriyar Şəbiyev Azərbaycan cəmiyyətində multukultural dəyərlərin tolerantlıq ənənələri ilə birgə inkişaf etdiyini, bu dəyərlərin birgəyaşayış prinspinə çevrilməsini qeyd edib. Şagirdlərə tövsiyə olunub ki, milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi bu günkü gənc nəslin qarşısında duran əsas vəzifələrdəndir və bunun üçün hər bir gənc müstəqil dövlətimizin həyata keçirdiyi bütün tədbirlərdə fəal iştirak etməlidir.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı  Aqil Həsənli də məruzəsində gələcək nəsillərin tərbiyəsində milli-mənəvi dəyərlərin roluna toxunub.
Tədbir şagirdləri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.