18.11.2019
Masallıda maarifləndirmə tədbiri keçirilib
Noyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Rəhim Tağıyev adına Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə 16 noyabr-Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş “Azərbaycan: tolerantlıq ünvanı” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov, Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, eləcə də gənclər iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycanın dünyada tolerantlıq örnəyi kimi tanındığı qeyd edilib. Ölkəmizdə dini və milli dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olduğu diqqətə çatdırılıb. Azərbaycan Prezidenti İlham Əliyev dünyaya bəyan edib ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.