16.12.2017
Masallıda maarifləndirmə tədbiri keçirilib
Dekabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib.
Simran Rzayev adına Böyük Kolatan kənd tam orta məktəbində təşkil olunan tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Masallı rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Məmmədağa Şiriyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasətdən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov dini radikalizm və onun fəsadlarından bəhs edib, ölkəmizdə milli-mənəvi dəyərlərə böyük önəm verildiyini bildirib.
Masallı rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, “Yeni həyat” qəzetinin baş redaktor müavini Rəsul Rzayev, Prezident cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətdən söhbət açıb, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində dövlət tərəfindən görülən işlərdən danışıblar.