Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.12.2017

Masallıda maarifləndirmə tədbiri keçirilib

Dekabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Masallı rayonunda Şatıroba kəndində ictimaiyyət nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova Prezident İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasət və rayondakı dini durum barədə məlumat verib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov “İslam həmrəyliyi radikalizmə və ekstremizmə qarşıdır” mövzusunda çıxış edib. Natiq çıxışında radikalizm, ekstremizm və dini ifratçılıq haqqında məlumat verib və onlara qarşı ənənəvi İslam dəyərlərini qorumaqla mübarizə aparmaq barədə fikirlərini tədbir iştirakçılarına çatdırıb. O, həmçinin dini radikalizmin fəsadlarından və gənclərin qeyri-ənənəvi dini cərəyanlar və dini ekstremist qrupların təsirindən qorunmasında dindarların və din xadimlərinin rolundan danışıb. “Yeni həyat” qəzetinin baş redaktor müavini Rəsul Rzayev, Müharibə Əmək Silahlı Qüvvələr veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev , Rəhim Tağıyev adına Masallı Rayon Tarıx-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Şatıroba kənd dini icmasının sədri Ramazan Nəzərov dövlət başçısı İlham Əliyevin apardığı daxili və xarici siyasətdən söhbət açaraq milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında həyata keçirilən tədbirlərdən danışıblar.