Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.06.2017

Masallıda “İslami dəyərlər radikalizmə qarşı” mövzusunda maarifləndirmə tədbiri keçirilib

İyunun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Masallı rayonu Ərkivan qəsəbə “Həzrət Əli” məscidi dini icması “Radikalizm və ekstermizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolu” adlı layihə çərçivəsində “İslami dəyərlər radikalizmə qarşı” mövzusunda tədbir keçirib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Ərkivan qəsəbə ”Həzrət Əli” məscidi dini icmasının sədri Yasər Cahangirov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxışında ölkə rəhbəri cənab İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə imzaladığı məlum Sərəncamın əhəmiyyətindən söhbət açıb. 
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov bildirib ki, ölkəmizdə İslam dininin ənənəvi daşıyıcılarının radikalizmə və digər zərərli vərdişlərə qarşı mübarizədə rolu danılmazdır. Bu sahədə onların apardığı tədbirlər öz bəhrəsini verir.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov və  başqaları mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Sonda tədbir iştirakçılarına Dövlət Komitəsinin nəşri olan dini təyinatlı çap materialları paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.