Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.01.2017

Masallıda “İslamda tolerantlıq və bərabərlik çağırışları” mövzusunda tədbir keçirilib

Yanvarın 17-də Masallı rayonu Çaxırlı kənd  məscidi dini icmasında “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “İslamda tolerantlıq və bərabərlik çağırışları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşları Kamil Bağırov və Ayıq Səmədov, Çaxırlı bələdiyyəsinin üzvü Ziyafət Məmmədov, Çaxırlı kənd tam orta məktəbinin direktoru Allahverən Məmmədov, kənd məscidi dini icmasının sədri Oruc Qurbanov, dindarlar, gənclər, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov bildirib ki, ölkəmizdəki tolerant mühit bərabərlik prinsiplərinə xidmət edir.
Komitənin Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov bildirib ki, tolerantlıq və bərabərlik Azərbaycan xalqının əsrlər boyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir.  
Çaxırlı  bələdiyyəsinin üzvü Ziyafət Məmmədov, kənd tam orta məktəbinin direktoru Allahverən Məmmədov, kənd məscidi dini icmasının sədri Oruc Qurbanov və  başqaları çıxışlarında dövlətimizin multikultural dəyərlərə və tolerantlığa verdiyi önəmdən söhbət açıblar.
Sonda  qanlı 20 Yanvar faciəsinin qurbanları və torpaqlarımız uğrunda şəhid olanların xatirəsi sükutla anılıb, ruhlarına dualar oxunub.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında keçirilib.