Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.08.2017

Masallıda “İslam zərərli vərdişlərə “yox” deyir” mövzusunda tədbir keçirilib

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Masallı rayonu Kubin kənd məscidi dini icması tərəfindən avqustun 21-də “Radikalizm və ekstremizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin əhəmiyyəti” adlı layihə çərçivəsində “İslam zərərli vərdişlərə “yox” deyir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Kamil Bağırov, Ayıq Səmədov, Kubin kənd məscidi dini icmasının sədri Əkbər Xamıyev, Hişkədərə kənd məscidi dini icmasının sədri Söhrab Ağayev və başqaları iştirak ediblər.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov çıxışında qeyd edib ki, İslam dini gözəl əxlaq dinidir, insanların xüsusən də gənclərin mənəvi saflığını təqdir edir və zərərli vərdişləri pisləyir.
Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin digər əməkdaşı Ayıq Səmədov bildirib ki, dövlətimiz gənc nəslin təlim və təhsilinə xüsusi önəm verməklə onları zərərli vərdişlərdən qorumaq üçün mühüm addımlar atır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.