06.09.2017
Masallıda “İslam dini terrora qarşıdır” mövzusunda müzakirələr aparılıb
Sentyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Masallı rayonu Sığıncaq kənd məscidi dini icmasının “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” layihəsi çərçivəsində “İslam dini terrora qarşıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, Masallı RİH başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Teymur Yusubov, Sığıncaq kənd məscidi dini icmasının sədri Ramil Şahbazov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov milli-mənəvi dəyərlərə böyük önəm verdiyindən, müstəqillik dövründə dini dəyərlərin qorumasından və inkişaf etdirilməsindən danışıb. O, dövlətimizin və İslam dininin terrora qarşı olduğunu xüsüsi vurğulayıb.
Şöbənin əməkdaşı Ayıq Səmədov isə bildirib ki, İslam dini terrorizmə həmişə “yox” deyib.Bu gün müsəlman ölkələrində baş verən silahlı münaqişələr,eyni zamanda, İslam dininə qarşı yönəlib.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.