02.06.2017
Masallıda “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib
İyunun 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Masallı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayon Sakit Tağıyev adına Digah tam orta məktəbində “İnsan hüquqları aylığı” çərçivəsində “Çağdaş Azərbaycanda gənc nəslin təhsil hüquqları və multikulturalizm dəyərlərinin təbliği” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və şöbənin əməkdaşı Kamil Bağırov, Masallı Rayon Təhsil Şöbəsinin əməkdaşı Bəybala Xəlilov, Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev,Masallı Rayon Hüquq məsləhətxanasının vəkili Arif Allahverdiyev, Rayon Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru Vüqar Əsgərov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Sakit Tağıyev adına Digah tam orta məktəbin direktoru Namiq Ağayev mövzunun əhəmiyyətindən danışıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxışında insan hüquqları barədə danışıb və eləcə də müasir gəncliyin dövlətimizin qayğısı nəticəsində savadlı,vətənpərvər və multikultural dəyərlər ruhunda tərbiyəsinin yüksək olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən digər natiqlər insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində “Milli Fəaliyyət Proqramı”nın icrasından, həmçinin ölkəmizdəki tolerant və multikultural dəyərlərə verilən önəmdən danışıblar.
(166).jpg)
.jpg)
(129).jpg)