Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.08.2017

Masallıda ictimaiyyət nümayəndələri ilə radikalizmlə mübarizə mövzusunda görüş keçirilib

Avqustun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda ideoloji işin səmərəliliyinin artırılması və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə apardığı siyasətin, həmçinin ideoloji və dini maarifləndirmə işinin təbliği ilə əlaqədar tədbirlər davam etdirilir. Bununla bağlı avqustun 31-də Masallı rayonunun Şərəfə kəndində tədbir keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Masallı rayon Təhsil Şöbəsinin (RTŞ) müdir müavini Samit İslamov, “Yeni Həyat” qəzetinin redaktor müavini Rəsul Rzayev, ziyalılar, din xadimləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasətdən söhbət açıb, bölgədəki dini durum barədə məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov dini radikalizm və onun fəsadlarından bəhs edib, ölkəmizdə milli-mənəvi dəyərlərə verilən önəmi diqqətə çatdırıb.
”Yeni Həyat” qəzetinin redaktor müavini Rəsul Rzayev, Masallı RTŞ-nin müdir müavini Samit İslamov və digərləri çıxış edərək gənc nəslin milli-mənəvi ruhunda düzgün tərbiyə edilməsindən, onların yad təsirlərdən qorunması yollarından  söhbət açıblar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.