Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.08.2017

Masallıda ictimaiyyət nümayəndələri ilə görüş keçirilib

Avqustun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonda ideoloji işin səmərəliliyinin artırılması və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə apardığı siyasətin təbliği ilə əlaqədar mühazirəçilər qrupunun Masallı rayonunun Qızılağac kəndində ictimaiyyət nümayəndələri ilə görüşü keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı RİH başçısının müavini Aybəniz Qafarova ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasətdən söhbət açıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü bildirib. Qeyd edib ki, bu gün dünyada İslam və digər dinlərdən başqa məqsədlər üçün istifadə edən radikal qüvvələr mövcuddur və bu radikal qüvvələr xüsusilə gəncləri öz sıralarına cəlb etməyə cəhd göstərirlər.
Masallı Rayon Təhsil şöbəsinin müdir müavini Samit İslamov isə çıxışında milli-mənəvi və  əxlaqi  dəyərlərimizdən danışıb.               
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.