Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.10.2019

Masallıda "Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusu istiqamətində müzakirələr aparılıb

Oktyabrın 17-də Masallı şəhər “Dəfinə” məktəb-liseyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Rayon Polis Şöbəsi, və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis Şöbəsi və Rayon Təhsil Şöbəsinin rəhbərləri “Dəfinə” məktəb-liseyinin müəllim və şagirdləri, həmçinin KİV nümayəndələri iştirak edib.

Məktəb-liseyinin direktoru Taleh Əkbərov, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və Təhsil Şöbəsinin əməkdaşı Bəybala Xəlilov çıxışlarında  zərərli vərdişlərlə və radikalizmlə mübarizədə gənclər arasında aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar. Eyni zamanda, radikalizmin törətdiyi fəsadların qarşısının alınması və bu sahədə həyata keçirilən genişmiqyaslı işlərdən bəhs olunub.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırlıb.