14.11.2016
Masallıda “Gənclərimizi zərərli vərdişlərdən qoruyaq” mövzusunda tədbir keçirilib
Noyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi, rayonun polis və təhsil şöbələrinin birgə təşkilatçılığı ilə Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbdə “Gənclərimizi zərərli vərdişlərdən qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə din xadimləri, ziyalılar, hüquq-mühafizə orqanlarının əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin müəllimi Mirqabil Hüseynov qeyd edib ki, gənclərimizin zərərli vərdişlərdən qorunması sahəsində aparılan işlər öz bəhrəsini verməkdədir. Bu sahədə hər kəs üzərinə düşən vəzifələrin məsuliyyətlə yerinə yetirməsinə borcludur.
Masallı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, Əvəz Cəbiyev adına Masallı Rayon Mərkəzi Xəstəxanasının həkimi Nazir Rufullayev, polis veteranı Tofiq Şahmarov və başqaları çıxışlarında gələcəyimiz olan gənclərimizi zərərli vərdişlərdən xilas etməyin vacibliyini vurğulayaraq, dövlətimizin bu sahədə apardığı genişmiqyaslı və məqsədyönlü tədbirlərdən söhbət açıblar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
(27).jpg)
(52).jpg)
(67).jpg)
(64).jpg)