Masallıda “Gəncləri dini radikalizm və digər zərərli vərdişlərdən qoruyaq” mövzusunda seminar-treninq keçirilib
Oktyabrın 26-da Sakit Tağıyev adına Masallı şəhər 4 saylı Digah tam orta mətəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis şöbəsi və Sakit Tağıyev adına Masallı şəhər 4 saylı Digah tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Gəncləri dini radikalizm və digər zərərli vərdişlərdən qoruyaq” mövzusunda seminar-treninq keçirilib.
Seminar-treninqdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis şöbəsinin rəisi Habil Əmiraslanov, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Sakit Tağıyev adına Masallı şəhər 4 saylı Digah tam orta məktəbin direktoru Namiq Ağayev, müəllimlər və şagirdlər iştirak ediblər.
4 saylı Digah tam orta məktəbinin direktoru Namiq Ağayev tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, dini radikalizm və digər zərərli vərdişlərlə mübarizə ümümxalq işidir.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxışında radikalizmin İslam aləmində yaratdığı fəsadlardan danışıb və bundan da ən cox zərər görən İslam dünyasının olduğunu vurğulayıb. O, hazırda dini radikalizmə ən çox gənclərin məruz qaldığını qeyd edib.
Daha sonra çıxış edən Masallı Rayon Polis şöbəsinin rəisi Habil Əmiraslanov dini radikal qrupların və digər zərərli vərdiş daşıyıcılarının başqalarını necə öz təsir altına alması, onların təbliğat metodları haqqında danışıb. O, gənclərin zərərli vərdişlərin təsiri altına düşməmələri üçün təhsilin, idmanın və sağlam həyat keçirməyin önəmini diqqətə çatdırıb.
Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev gənclərə tövsiyələrini verərək bildirib ki, dini radikalizm və zərərli vərdişlərin təsirindən uzaq olmaq üçün onlara dolğun bilik vermək, həmçinin İslam dinini düzgün şəkildə, olduğu kimi çatdırmaq lazımdır. O, belə tədbirlərin təhsil ocaqlarında keçirilməsinin yeniyetmə və gənclərin dini maarifləndirilməsində və onların zərərli vərdişlərin təsirindən uzaq olmasında mühüm əhəmiyyət daşıdığını bildirib.
Seminar-treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




