19.05.2016
Masallıda “Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib
Mayın 19-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Masallı Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Masallı rayonu Ərkivan qəsəbəsi Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbində “Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, Masallı rayon Veteranlar Şurasının sədri Məmmədağa Şiriyev, Masallı rayon Ağsaqqallar Şurasının sədr müavini Ələşrəf Niftiyev, Ərkivan qəsəbə Ağsaqqallar Şurasının sədri Şərafət Əzimov, məktəbin direktoru Mənijə Yəhyayeva, məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.
Tədbirin əvvəlində işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
DQDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov mövzu ilə bağlı məruzəsində Azərbaycan gəncliyi ilə müstəqillik əldə etdiyi dövrdən bu günə kimi vətənpərvərlik mövzusunda aparılan məqsədyönlü işlərin yekunu olaraq indiki gəncliyin yüksək vətənpərvər və yüksək amallara sahib olduğunu və bu işdə dövlətimizin xidmətlərini önə çəkərək gənclərimizin bu ruhda tərbiyə olunmasının onun strateji hədəfi olduğunu bildirib.
Masallı rayon Veteranlar Şurasının sədri Məmmədağa Şiriyev də aprel hadisələrində Masallı rayonundan olan oğullarımızı göstərdiyi igidliklərdən, Masallıdan şəhid olan iki həmyerlimizin hünərindən və gənc nəsli də bu şəhidlərimizdən nümunə götürməyə, onların yolu ilə getməyə çağırıb.
Masallı rayon Ağsaqqallar Şurasının sədr müavini Ələşrəf Niftiyev çıxışında Şəhidlik zirvəsindən, şəhidlərin xatirəsinin bizim üçün əbədi olmasından danışaraq gənclərimizi də bu ruhda böyüməyə, zərərli vərdişlərdən uzaq olmağa səsləyib.
Tədbirin sonunda şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.




.jpg)
