Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.07.2017

Masallıda “Dinimiz zərərli vərdişlərə “yox”deyir” mövzusunda tədbir keçirilib

İyulun 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Masallı rayonu Ərkivan qəsəbə “Həzrət Əli” məscidi dini icması tərəfindən “Radikalizm və ekstremizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolu” adlı layihə çərçivəsində “Dinimiz zərərli vərdişlərə “yox”deyir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, Ərkivan qəsəbə ”Həzrət Əli” məscidi dini icmasının sədri Yasər Cahangirov və kənd ictimaiyyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov çıxışında zərərli vərdişlərin fəsadlarından danışaraq qeyd edib ki, İslam dini təkcə başqa dinlərin mənsublarına qarşı radikal mövqeyə qarşı deyil, eləcə də zərərli vərdişlərə qarşıdır.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin digər əməkdaşı Kamil Bağırov, Ərkivan qəsəbə “Həzrət Əli” məscidi dini icmasının sədri Yasər Cahangirov və başqaları çıxışlarında zərərli vərdişlərin fəsadlarından və onlara qarşı mübarizə yollarından  bəhs ediblər.
Sonda iştirakçılara Dövlət Komitəsinin nəşri olan dini təyinatlı ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.