28.11.2017
Masallıda “Dinimiz radikalizm və ekstremizmi rədd edir” mövzusunda tədbir keçirilib
Noyabrın 28-də Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndərmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Masallı rayonu Miyankü kənd məscidi dini icmasında “İslam dini: sülh və vəhdətə çağırış” adlı layihə çərçivəsində “Dinimiz radikalizm və ekstremizmi rədd edir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Kamil Bağırov, Ayıq Səmədov, Miyankü kənd məscidi dini icmasının sədri Sadıx Məmmədov, Kubin kənd məscidi dini icmasının sədri Əkbər Xamıyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov dini mühitdə radikallığa meyillərin səbəblərinin öyrənilməsi və qarşısının alınmasında İslam həmrəyliyinin rolundan söhbət açıb. Şöbənin məsləhətçisi Ayıq Səmədov isə çıxışında bildirib ki, əsl dinin olduğu yerdə ekstremizmə və radikalizmə yer yoxdur. Dinimizin adından çıxış edən radikal qruplar və ekstermistlər törətdikləri münaqişələrlə maraqlı dairələrə xidmət edirlər.
Miyankü kənd məscidi dini icmasının sədri Sadıx Məmmədov, Kubin kənd məscidi dini icmasının sədri Əkbər Xamıyev, ağsaqqal Habil Həmidov və başqaları mövzu ətrafında çıxışlar ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.