Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.10.2017

Masallıda “Dinimiz mənəviyyatımızdır” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Masallı rayonu Lürən kənd məscidi dini icması tərəfindən oktyabrın 4-də “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliğı” layihəsi çərçivəsində “Dinimiz mənəviyyatımızdır”mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK)  Masallı bölgəsi üzrə  şöbəsinin əməkdaşları Kamil Bağrov, Ayıq Səmədov, Faiq Şükürov adına Lürən kənd tam orta məktəbinin direktoru İltimas Nəzərov, Lürən kənd  məscidi dini icmasının sədri Balakərim Yaqubov,  icma üzvləri, məktəbin müəllim və şagirdləri  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov bildirib ki, din və mənəviyyat anlayışlarını bir-birindən ayrı təsəvvür etmək qeyri-mümkündür. Qeyd edib ki, İslam dininin mənəviyyatımızın formalaşmasında müstəsna  əhəmiyyəti var.
Daha sonra çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov İslamın insanları sevgiyə, sülhə, qardaşlığa çağırdığını və xalqımızın milli-mənəvi dəyərlərinin, milli özünüdərkin formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Faiq Şükürov adına Lürən kənd tam orta məktəbinin direktoru İltimas Nəzərov  islami dəyərlərdən söhbət açıb və müasir gəncliyin tərbiyəsində milli-mənəvi dəyərlərin önəmini vurğulayıb.
Mövzu ilə bağlı Lürən kənd məcidi dini icmasının sədri Balakərim Yaqubov və başqaları çıxış ediblər.
Sonda iştirakçılara DQİDK-nın nəşri olan dini ədəbiyyat və digər çap məhsulları paylanılıb.