Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.12.2018

Masallıda “Dini radikalizm,erkən nikah və narkomaniya ilə mübarizədə” mövzusunda tədbir keçirilib

Dekabrın 20-da Masallı rayonu Həsənli kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm,erkən nikah və narkomaniya ilə mübarizədə” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Habil Əmiraslanov, Həsənli kənd tam orta məktəbinin direktoru Yaqub Ələmov, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

Tədbiri məktəbin direktoru Yaqub Ələmov açaraq qeyd edib ki, dini radikalizm, eləcə də digər zərərli vərdişlərlə mübarizədə hər kəs aktiv olmalıdır.  

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxışında radikalizmin İslam aləmində yaratdığı fəsadlardan danışıb. Tədbirin əhəmiyyətinə də toxunan şöbə müdiri maarifləndirmə tədbirlərinin təhsil ocaqlarında keçirilməsinin yeniyetmə və gənclərin zərərli vərdişlərin təsirindən qorunmasında  mühüm önəm daşıdığını bildirib.

Daha sonra çıxış edən Masallı Rayon Polis şöbəsinin rəisi Habil Əmiraslanov gənclərin zərərli vərdişlərin təsiri altına düşməmələri üçün təhsilin əhəmiyyətli olduğunu deyib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.