Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.11.2018

Masallıda "Dini radikalizm, narkomaniya və erkən nigah dövrümüzün bəlasıdır" mövzusunda tədbir keçirilib

Noyabrın 14-də Masallı şəhəri 3 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Rayon Polis və Təhsil şöbələrinin birgə təşkilatçılığı ilə “Dini radikalizm, narkomaniya və erkən nigah dövrümüzün bəlasıdır” mövzusunda tədbir keçirilib.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov, Masallı Rayon Təhsil Şöbəsinin metodisti Əyyar Burhanov, müəllim və şagirdlərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin metodisti Əyyar Burhanov cəmiyyətdəki zərərli vərdişlərin və radikalizmin törətdiyi fəsadlardan danışıb.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov mövzu ilə bağlı çıxışında bildirib ki, hazırda bir çox ölkələrdə müharibələr gedir. Onun sözlərinə görə, həmin müharibələrdə radikalizmə cəlb edilmiş gənclər döyüşür. Natiq gəncləri belə qruplardan uzaq olmağa, Vətənini, dinini sevməyə çağırıb.

Masallı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov çıxışında narkomaniya və digər zərərli vərdişlərin insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu vurğulayıb. O, bu cür halların qarşısının alınmasında təhsil müəssisələrinin rolundan danışıb.

Digər çıxış edən natiqlər mövzu ilə bağlı fikirlərini bölüşüblər.