Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.08.2017

Masallıda dini maarifləndirmə tədbirləri davam etdirilir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə apardığı siyasətin, həmçinin ideoloji və dini maarifləndirmə işinin təbliği ilə əlaqədar tədbirlər davam etdirilir. Bununla bağlı avqustun 25-də növbəti görüş Masallı rayonunun Həsənli kəndində keçirilib.
İctimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Aybəniz Qafarova açıq elan edib, rayondakı sabit dini durum barədə məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov “Radikalizm və ekstremizmlə mübarizədə ictimaiyyətin rolu" mövzusundakı çıxışında radikalizm, ekstremizm və dini ifratçılıq haqqında məlumat verib və onlara qarşı ənənəvi İslam dəyərlərini qorumaqla mübarizə aparmağın vacibliyi barədə fikirlərini tədbir iştirakçılarına çatdırıb. O, həmçinin dini radikalizmin fəsadlarından və gənclərin qeyri-ənənəvi dini cərəyanlar və dini ekstremist qrupların təsirindən qorunmasında dindarların və din xadimlərinin rolundan danışıb.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və digər çıxışçılar dövlətin din sahəsində apardığı siyasətdən söhbət açaraq milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında reallaşdırılan tədbirlərdən danışıblar.