07.08.2017
Masallıda dini maarifləndirmə tədbirləri davam etdirilir
Avqustun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Masallı rayonu Ərkivan qəsəbə “Həzrət Əli” məscidi dini icması tərəfindən “Radikalizm və ekstermizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolu” layihəsi çərçivəsində “İslamda multikultural dəyərlər və sülh çağırışları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, ”Həzrət Əli” məscidi dini icmasının sədri Yasər Cahangirov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov bildirib ki, Azərbaycan bütün dini əqidə və mədəniyyət nümayəndələrinin olan insanların azad yaşadığı və bərabər imkanlara malik olduğu bir ölkədir. K.Bağırov daha sonra vurğulayıb ki, bu gün də mədəni müxtəliflik şəraiti ölkəmizdə təmsil olunan dini icma və konfessiyaların birgə fəaliyyəti ilə lazımınca qorunur.
İcma sədri Yasər Cahangirov və başqaları çıxışlarında multikultural dəyərlərin daha da gücləndirilməsi, tarixi tolerantlıq ənənələrinin qorunub saxlanılması barədə danışıblar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.