Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.08.2015

Masallıda dini maarifləndirmə ilə bağlı tədbirlər keçirilib

Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsi məqsədilə dini icmalara maliyyə yardımının göstərilməsi üçün Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Belə tədbirlərdən biri Masallı rayonunun Qızılavar kənd “Peysə” məscidi dini icmasında avqustun 22-də “Radikal dini cərəyanlarla mübarizədə  milli-mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində keçirilib.
Növbəti tədbirdə DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov, Qızılavar kənd “Peysə” məscidi dini icmasının sədri Səxavət Mirzəyev, dini icmanın üzvləri,kənd ağsaqqalları, ziyalılar və gənclər iştirak ediblər.Tədbiri giriş sözü ilə açan “Peysə” məscidi dini icmasının sədri və həmin məscidin axundu Səxavət Mirzəyev  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının son müsahibələrinə təhlili cəhətdən yanaşaraq, onların ölkəmizdə dini durumu nəzarətdə saxlamaq baxımından bir proqram kimi qiymətləndirib.
QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov bildirib ki, gənclərimizin radikal cərəyanlara qoşulmasının qarşısının alınması vacib amillərdəndir.
Masallı bölgəsi üzrə şöbənin müdiri Miryəhya Bədirov həyata keçirilən layihənin əhəmiyyətindən danışaraq, onun mahiyyətini açıqlayıb. O, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərin qorunması məqsədi ilə maliyyə yardımı ayırmasını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
                                                                                                                         ***
 
Masallı rayonu Hacıtəpə kənd məscidi dini icmasında avqustun 22-də “Zərərli vərdişlərlə mübarizədə milli və dini dəyərlərin rolu” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin baş məsləhətçisi Kamil Bağırov, Hacıtəpə kənd orta məktəbinin direktoru Adıgözəl Əminov, Hacıtəpə kənd məscidi dini icmasının sədri Nəcəfqulu Quliyev, dini icmanın üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Masallı bölgəsi üzrə şöbənin müdiri Miryəhya Bədirov layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənc nəsildə narkomanlıq və digər zərərli vərdişlər haqqında düzgün təsəvvürlərin yaradılması, müasir və sağlam düşüncəli gənclərin formalaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək.
Şöbənin əməkdaşı Kamil Bağırov keçirilən layihənin əhəmiyyətindən danışıb. Tədbir iştirakçıları qarşısında çıxış edən Hacıtəpə kənd orta məktəbinin direktoru Adıgözəl Əminov əsrin bəlası hesab edilən narkomaniyanın gələcək genefondumuza vura biləcəyi zərərdən  və onunla mübarizə yolları barədə çıxış edib.
Tədbir diskussiya şəklində davam etdirilib.