Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.11.2018

Masallıda Beynəlxalq Tolerantlıq Gününə həsr edilmiş tədbir keçirilib

Noyabrın 16-da Masallı şəhər Gənclər Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK) və Masallı Regional Dövlət Kollecinin təşkilatçılığı ilə Beynəlxalq Toleranlıq Gününə həsr olunmuş “Tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, Masallı Regional Dövlət Kollecinin direktor müavini Dilarə Məmmədova, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftyev, Müharibə, Əmək,Silahlı Qüvvələr Veteranlar Təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, ziyalılar,tələbə və gənclər  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Masallı Regional Dövlət Kollecinin direktorunun müavini Dilarə Məmmədova bildirib ki, Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Natiq Ulu öndər Heydər Əliyevin Azərbaycanda tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov qeyd edib ki, ki, Azərbaycanda beynəlxalq tolerantlıq günü Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1999-cu ildə qeyd edilib. Azərbaycan tarixən müxtəlif xalqların, millətlərin və din mənsublarının birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olub. Daha sonra o, vurğulayıb ki, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var.

Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Müharibə, Əmək,Silahlı Qüvvələr Veteranlar Təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev və başqaları Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin və ayrı-ayrı dinlərə mənsub insanların bir ailə kimi yaşadığını, dini və milli tolerantlığın yüksək səviyyədə olduğunu  diqqətə çatdırıblar.